Yaponiya təkmillətli dövlətdir. Əhalisinin əksəriyyətini (98%-ni) yaponlar təşkil edir. Dünyada yaşayan 130 mln yaponun 127 milyonu Yaponiyada yaşayır. Qalan əhalinin çoxu ABŞ, Braziliya, Kanada və s. ölkələrdə yaşayırlar.
Ənənəvi yapon evləri şəbəkə ilə tikilən 1-2 mərtəbəli evlər olmuşdur. Bu cür evlər kakomeno adlanır. Bu evlərin divarları çərçivələrlə örtülü olub üzərinə karton yapışdırırdılar. Taxta döşənmiş döşəmənin üzəri xüsusi materialla örtülər və xalça palaz örtməzdilər. Qonaq otağına kiçik stullar, stol və kreslolar qoyulardı. Adətən yerdə dizlərini qatlayıb oturan yaponlar yerə döşəkcə salırlar. Yaponlar yatanda yerdə yatırlar və başlarının altına taxta parçası qoyurlar.
Yaponlar üzərinə məsəllər yazılmış şəkillərlə evlərini bəzəməyi xoşlayırlar. Yaponlar əyinlərinə kimano geyinirlər. Üzərinə obi adlnan kəmər və baş barmağı ayrı olan tabi adlanan çorab geyinirlər.