Tornado answered
Yamayka boğazı Karib dənizində Yamayka adası ilə Haiti adası arasında yerləşir. Yamayka boğazı Küləküstü boğazının cənub qərb istiqamətində davamıdır. Boğazın eni 190 km, dərinliyi isə 1200 m-ə bərabərdir. Haiti adasından 55 km qərbdə əhəngdaşı və mərcanlardan ibarət məskunlaşmamış Navassa adası yerləşir.
Panama kanalından 1000 km şimal şərqdə yerləşən boğaz Avropadan və ABŞ-n şərqindən Sakit okeana gedən gəmilər üçün əlverişli yoldur.
