Yahudilər bir dildə danışırmırlar, çünki yahudilər bir millət deyillər. Necə ki, müsəlmanların bir dili yoxdur, xristianların bir dili yoxdur, eləcə də yahudilərin.
Almaniyada yaşayan yahudilərin dili alman dili olub, tarixən aşkenazi adlanırlar. Efiopiyadakı yahudilər efiop millətindən və afrika irqindən olub yahudi dininə inandıqları üçün yahudi adlanırlar (red. müsəlman, xristian). Gürcüstandakı yahudilər meqrel dilində danışırlar, Azərbaycandakı yahudilərsə tat millətindən olduqları üçün tat dilində danışırlar. Hətta türk millətinin bir hissəsi yahudi dininə inanır, tarixən Krımda yaşayıqlarına görə krımçaqlar adlanırlar. Krım tatarlar və Lipka tatarlar eyni dildə danışır, birincisi çoxluqla müsəlman, ikincisi xristiandır.
Bir də ilkin yahudi-semitlər var, hansı ki, bu dinə inanan ilk insanlar olublar (necə ki, ərəblər ilk müsəlmanlar olublar). Onların dili Hami-Sami dil ailəsinin semit qrupuna aid olan ivrit dili olub, həmin dil ölü dil olub. Amma İsrail dövləti qurulandan sonra (1948) bu dil süni olaraq bərpa edilib. Ivrit dili ərəb dilinə çox yaxın bir dildir və eyni dil qrupundadır. Yəni bir sözlə xristianın dili olmadığı kimi, yahudinin də dili yoxdur.