Xroniki xolesistit klinik simptom verən öd kisəsinin xroniki inflamasyonu üçün istifadə edilən bir termindir. Ümumiyyətlə xolelitiazis ilə birlikdədir və öd kisəsi divarında qalınlaşması ilə yanaşı gedir. Bəzi xəstələrdə başlanğıcda kəskin xolesistit olur və sonradan xroniki xolesistit inkişaf edir . Bəzən isə birbaşa xroniki xolesistit meydana gəlir. Öd daşlarına bağlı olaraq sistik kanaldakı tıxanma nəsticəsində öd kisəsi mukoseli əmələ gəlir. Öd hər nə qədər sterildirsədə koliform basillər, klebsiellalar, streptokok və bəzəndə klostridya və ya Salmonella ilə ikincili olaraq yoluxmuş olur. Xolesistitin 2cili təsirləri nəticəsində baş öd yolunda obstrüksiyon, xolangit, perixolesistik abses ilə seyr edən perforasiya, xolesistoduodenal fistul, öd peritoniti və pankreatit əmələ gəlir.