Xəzri küləyi haqqında nə bilirsiniz?
Tornado answered
Xəzri Azərbaycanda Abşeron yarımadasında əsən şimal küləyidir. Sürəti bəzən 40m/san-dən çox ola bilir. Adətən bir neçə gün və bəzən bir həftə də əsə bilir. Xəzri güclü dağıntı yaradaraq təsərrüfat fəaliyyətini poza, dəniz nəqliyyatının işinə mane ola bilir. Xəzri xamanı dənizdə hündürlüyü 10 metrdən çox ola bilən dalğalar yaranır.
Qış aylarında havanın kəskin soyumasına, qar çovğunlarına, yayda isə güclü istilər zamanı havanın mülayimləşməsinə səbəb olur. Bundan başqa xəzri Bakı və Sumqayıt şəhərlərinin havasının təmizləyir və güclü külək enerjisi potensialına malikdir.