Coğrafiyanı öyrənmək, coğrafi araşdırmalar aparmaq, ayrı-ayrı coğrafi obyektlərin təsvirini vermək xəritə olmadan mümkün deyil.
Coğrafiya xəritələri bir biridən müxtəlif əlamətlərinə görə fərqlənirlər və bu da onlardan istifadəni asanlaşdırır. Xəritələri bir-birindən fərqləndirən əsas əlamətlər aşağıdakılardır: miqyas, məzmun, əhatə dairəsi.
Miqyasına görə xəritələr 3-yerə bölünür-böyük miqyaslı (buraya 1:200 000-ə qədər, 1:200 000-də daxil olmaqla, xəritələr aiddir); orta miqyaslı (buraya 1:200 000-dən 1:1000 000-a qədər); kiçik miqyaslı (1:1000 000 kiçik olan xəritələr daxildir).
Məzmununa görə xəritələr 2-yerə ayrılır-ümumcoğrafi xəritələr (bütün komponentlərin eyni dəyəcədə təsvir olunduğu xəritələr); tematik xəritələr (hər hansı bir komponentin daha qabarıq təsvir olunduğu xəritələr, məsələn siyasi xəritə,iqlim xəritəsi, geoloji xəritə, torpaq xəritəsi və s.). Tematik xəritələrdə bir neçə komponentin təsvir olunduğu xəritələr kompleks xəritələr adlanır.
Ərazi əhatə etməsinə görə xəritələr:-dünya xəritələri, yarımkürələr xəritələri, materiklər xəritələri, ölkələrin xəritələri və s.