Xərçəng hüceyrələrində zədələnmiş endotelial hüceyrələrin nəzarətsiz və ya anormal bir şəkildə böyüməsi və yayılmasıdır. Hər gün bədənimizdə (DNT) təxminən 10.000 muatsiya olmasına baxmayaraq immun sistemimiz bədənimizə hər millisaniyədə baxır və xərçəngli hüceyrələri məhv edir. Bədəndə mutasiya göstərən huceyrələr çox az sayda xərçəngə səbəb olur. Bunun bir çox səbəbi var : Mutasiya göstərən hüceyrələr normal hüceyrələrə nisbətən daha az yaşayırlar.
Mutasiyaları əks etdirən hüceyrələrinin əksəriyyəti normal inkişaf edən regenerativ nəzarət rejiminə malikdir və bu onların çox böyüməsinə maneə törədir. Yaşaya biləcək bir neçə mutant hüceyrə xərçəngli hüceyrələrə çevirilir.
Mutant hüceyrələr dəyişmiş genlər səbəbiylə anormal proteinlər sintez edir. Bu anormal proteinlər bədənin immunitet sistemini stilmullaşdırır və antikorların meydana gəlməsinə və ya xərçəngli hüceyrəyə həssas olan limfositlərin meydana gəlməsinə səbəb olur, beləliklə xərçəng hüceyrəsini məhv edirlər.
İmmun sistemini pozan şərtlər xərçəng predispozisiya edən amillər kimi tanınır. İmmun sistem tərəfindən məhv edilməmiş bu hüceyrələr nəzarətsiz bir şəkildə çoxalırlar və içində olan toxumaya yayılırlar. Onlar yalnız toxuma ilə məhdudlaşmır, həm də qonşu toxumaya yayılırlar. Onlar qan və limfa dövranı (metastaz) vasitəsiylə bədənin qeyri-əlaqəli sahələrinə nəql edilə bilirlər.