Tornado answered
Vulkan külü vulkanını püskürdüyü məhsullardan biri olub adətən, lavanı təşkil edən şüşə və mineral qırıqlarından ibarət narın ağ və ya boz tozdan ibarətdir.
Vulkan külü o qədər narın olur ki, örtülü binalarda hətta ən kiçik deşiklərdən belə keçə bilir. Püskürmə zamanı çox yuxarıya qalxaraq vulkan yamaclarına yağaraq müəyyən təbəqə şəklində çökür və bəzən hava axınları vasitəsi ilə çox uzaq məsafələrə aparıla bilir.
Vulkan külü yer üzərinə enərək torpaq ilə qarışır və onun məhsuldarlığının aşağı düşməsinə səbəb olur.