Səhra yanığı və ya səhra lakı necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İki yarımkürədə yerləşən, 180 dərəcəlik meridian ortasından keçən bu ada Şimal buzlu okeanda Şərqi Sibir və Çukot dənizləri arasında yerləşir. Adanın adı XIX əsrin dənizçi və dövlət qulluqçusu Fernand Petroviç Vrangelin adından götrülüb. Ada inzibati cəhətcə Çukot muxtar vilayətinin İultinsk rayonunun ərazisinə daxildir. Adanın sahəsi 7670 km²-ə bərabərdir və onun çoxu dağlıqdır.

Iqlimi quraq və soyuqdur. Arktik hava kütlələrinin təsiri güclüdür. Qış uzun sürür. Ən soyuq aylar fevral mart aylarıdır. Qütb gecələri noyabrın 20-dən yanvarın sonuna qədər davam edir. Yay çox qısa olub soyuq keçir. Qütb gündüzləri təxminən mayın 20-dən iyunun 20-nə kimi davam edir.

1926-cı ildə adada ilk ekspedisiya işləməyə başlayır və burada bir neçə qəsəbə salınır. Adada maralçılıq sovxozu yaradılır. 1992-ci ildə adada fəaliyyət göstərən radiolokasiyanın işi dayandırıldıqdan sonra ada təmamilə boşalmışdır. Hazırda adada Sakit okean donanmasının bazası yaradılmışdır.

0 points