Viti-Levu adası haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Fici adalar qrupunun ən irisi olan Viti-Levu adası Okeaniyada yerləşir. Adanın adı yerli dildə “böyük ada“ deməkdir. Adanın sahəsi  10338 km² bərabərdir. Böyüklüyünə görə okeaniya adaları içərisində 6-cı yeri tutur.

Ən hündür yeri Tomaniivi dağı olub 1324 metrə bərabərdir. Vulkanik və kontinental mənşəlidir.

Ada subekvatorial iqlim qurşağında yerləşir. İl boyu temperatur 24-27 dərəcə arasında dəyişir. Yay qış temperaturu fərqlənmir. Ancaq qış yaya nisbətən quraq keçir. Küləktutan tərəfdə rütubətli, küləktutmayan tərəf isə quraq keçir.

Fici Respublikasının paytaxtı Suva şəhəri də Viti-Levu adasındadır. Adanın qərb hissəsində şəkər qamışı əkilir, şərqində isə südlük istiqamətli heyvandarlıq inkişaf edib.

0 points