Vinnipeq gölü haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Vinnipeq gölü Şimali Amerikada Kanadanın cənubunda Manitoba ərazisində yerləşir. Göl dəniz səviyyəsindən 217 m hündürdə yerləşir. Sahəsi 24 300 km²-bərabərdir. Sahəsinə görə dünya gölləri içərisində 12-ci yeri tutur. Vinnipeq gölü 12-13 min il əvvəl mövcud olmuş Aqassis gölünün qalığıdır. Buzlaşma nəticəsində göl mürəkkəb konfiqurasiyaya malikdir.

Şərq hissəsi meşələrlə örtülüdür. Gölə çoxlu çay tökülür. Bunlardan Saskaçevan, Vinnipeq, Red-River və sairəni göstərmək olar. Göl Nelson çayı vasitəsi ilə Hudzon körfəzinə çıxış əldə edə bilir.

Vinnipeq gölünü müdafiə etmək məqsədi ilə 6 əyalət parkı yaradılmışdır.

Göldə gəmiçilik və balıqçılıq yaxşı inkişaf etmişdir. Turizm əsasən balıq ovu həvəskarlarının marağına xidmət edir.

0 points