Vinnipeq gölü hansı ölkənin ərazisindədir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Sahəsinə görə Kanadanın şirinsulu gölləri arasında beşinci yeri tutan Vinnibeq gölü Manitoba vilayəti ərazisində yerləşir. Buzlaq mənşəli olan bu gölün sahəsi 24300 kv. kilometr, maksimal dərinliyi 36 metrdirdir. Vinnipeq gölünü Avropalı dəri taciri Henri Kesli 1690-cı il kəşf etmişdir. Hindu dilində "vinipeq" sözünün mənası "bulanlıq su" deməkdir.

Vinnipeq gölünə Saksaçevan, Red-River, Vinnipeq və s. çaylar tökülür. Gölün sahilində Vinnipeq limanı salınmışdır. Vinnipeq gölündən başlanan Nelson çayı üzərində kaskadı su elektrik stansiyaları tikilmişdir. Bu çay vasitəsi ilə Vinnipeq gölü Hudzon körfəzi ilə su əlaqəsinə malikdir. Göldə balıqçılıq yaxşı inkişaf edib. Turistlər buraya balıq ovlamaq üçün gəlirlər. Burada olan Himli limanı ən böyük balıqçılıq sənayesi mərkəzidir.

0 points