Vadus hansı ölkənin paytaxtıdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qərbi Avropada yerləşən Lixteynşteyn knyazlığının paytaxtıdır. Şəhərin hər yerindən baxdıqda knyaz sarayını görmək mümkündür. Vadus şəhəri Avropanın ən güclü turizm mərkəzlərindən sayılır.

Maraqlı olan odur ki, bu şəhərin nə təyyarə limanı, nə də, dəmiryol vağzalı var. Bunlara baxmayaraq yaxınlıqda olan bütün dəmiryol şəbəkələri ilə yaxşı inkişaf etmiş avtobus əlaqələri var. Yaxınlıqda dəmiryol vağzalı (ən yaxın dəmiryol vağzalı şəhərdən 2 km kənarda olan Şan şəhərindədir) və aeroport olmamasına baxmayaraq Vadus Avropanın inkişaf etmiş turizm mərkəzlərindən biridir.

0 points