Uzud şəlaləsi hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Şəlalə Mərakeşin Tadla-Azilal regionunda, Hündür Atlas dağlarında Əl-Abid çayının üzərində yerləşir. Şəlalənin hündürlüyü 110 m olub üç kaskad üzərindən tökülür.

Uzud şəlaləsinin adı yerli dildən tərcümədə “zeytun ağacı“ deməkdir. Bu şəlaləyə gedən yolun zeytun plantasiyalarından keçdiyinə görə belə adlanır.

Şəlalənin gözəlliyi və Əl-Abid çayının dərin dərəsi turistlərin bu yerləri görmək istəməsinə səbəb olur.

0 points