Tornado answered
Uzunluğu 897 km olan Ussuri çayı Rusiya Federsiyasının Uzaq Şərq regonunda olan Primorsk, Xabarovsk diyarlarından və Çin Xalq Respublikasının Xeylunszyan əyalətindən axır.
Çay başlanğıcını Sixota Alin dağlarında olan Snejnaya dağından götürür və sonunda Amur çayına tökülür. Çayın suyunun 60%-ni yağış, 30-35%-ni qarların ərinti suları, yerdə qalanını isə yeraltı sular təşkil edir.
Çayda zəngin balıq ehtiyatları var. Çayın suyundan əsasən su təminatı üçün istifadə edilir. Mənsəbdən 622 kilometrə qədər gəmiçilik üçün yararlı olsa da ondan istifadə edilmir. Buna səbəb yaşayış məntəqələrinin əsasən Transsibir dəmiryolu və Xabarobsk-Vladivastok avtomobil magistralı üzərində yerləşməsidir.