Xəzər dənizindən sonra Qərbi Asiyanın ikinci ən böyük gölü sayılan Urmiya gölü İran İslam Respublikasının ərazisində yerləşir. Əsrarəngiz gözəlliyə malik olan bu gölün suyu get gedə azalaraq quruma təhlükəsi ilə qaşı-qarşıyadır. Buna səbəb gölə gələn caylar üzərində su anbarlarının tikilməsi və suvarılmada geniş istifadə edilməsidir.
Urmiya gölü köçəri quşların müvəqqəti yaşayış məskənidir. Göldə maraqlı olan cəhətlərdən biri də burada yüzlərlə adanın olmasıdır ki, hətta bunların bəzilərində yaşayış da mövcuddur.
Urmiya gölü İran İslam Respublikasının Qərbi Azərbaycan və Şərqi Azərbaycan ostanları ərazisində yerləşən qalıq göldür. Tetis okeanının qalığı olduğu ehtimal olunur və şor göldür. Acıçay, Tatuçay, Şəhərçay, Nazlıçay, Cığatı çayları Urmiya gölünü qidalandırırdı.. Həmçinin Urmiya gölünün öz tərkibində bulaqları belə olmuşdur. Urmiyanın suyu dəniz suyundan iki dəfə duzludur və müalicəvi xarakter daşıyır.
Urmiya gölü bugün böyük təhlükə qarşısındadır. Göl sürətlə qurumağa başlayıb. Məncə bunun bir neçə səbəbləri var. Birinci gölün üstündə tikilməkdə olan körpü suyun sirkulyasiyasının qarşısını alır. İkinci gölü qidalandıran çayların bəndlərlə bilərək yada bilməyərək kəsilməsi gölün əsas qida ehtiyyatını tükədir. Hətta gölü su ilə qidalandıran çayların bir neçəsi üzərində tikilən səddlərdə balıqçılıq təsərrufatlarının olması və bu təsərrufatların sahiblərinin dediklərinə görə dövlət tərəfindən icazəli şəkildə yaradılması təəsüf doğurur. Gölün quruması bundan əlavə o ərazidə yaşayan insanların səhhəti üçün də böyük problemlər yarada bilər. Belə bir möhtəşəm xariqənin qurudulmasına qarşı insanlıq naminə tədbirlər görülməlidir.