Tornado answered
XVIII əsrdə yaranmış olan bu dil Pakistan dıvlətinin rəsmi dilidir. Rəsmi dil olmasına baxmayaraq Pakistan əhalisinin çəmi 7%-i urdu dilini ana dili sayır. Urdu dili Hind-Avropa dil ailəsinə daxil olan dildir. Hindistanda mövcud olan 23 dövlət dilindən biri də urdu dilidir. Pakistanda məktəbin hansı dildə olmasından asılı olmayaraq bütün məktəblərdə bu dil əsas fənn kimi tədris edilir.
Demək olar ki, Hindistanda yaşayan 50 milyon əhali (əsasən müsəlmanlar) bu dildə danışır. Bu dil hind dilinə bənzəsə də yazılışında ərəb əlifbasından istifadə edilir. Dünyada 200 milyona yaxın adam bu dildə danışa bilir. Pakistanda nəstəliq xətti (ərəb xəttatlıq növü) ilə yazılır.