Ulan-Bator şəhəri haranın paytaxtıdır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Monqolustanın paytaxtı olan Ulan-Bator şəhəri Orxon çayının qolu olan Tola çayının dərəsində yerləşir. Şəhərin əsası 1639-cu ildə qoyulmuşdur. 1924-cü ildə şəhərin adı dəyişdirilərək Ulan-Bator olmuşdur ki, onun da mənası "qırmızı bahadır" deməkdir.

İqlimi kəskin kontinentaldır. Qış uzun və soyuq yay isə mülayim keçir. Dünyada ən soyuq paytaxt sayılır. Qışda -40 dərəcəyə qədər şaxtalar olur.

Şəhər ölkənin iqtisadi, siyasi, mədəni, elmi mərkəzidir. Şəhərdə Çingizxan adına Beynəlxalq hava limanı, dəmiryol dayanacağı fəaliyyət göstərir.

0 points