Üfüq nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Açıq məhəldə göy səthinin yer səthinə bitişmiş kimi göründüyü dairəvi səth üfüq adlanır. Üfüqü hüdudlayan xəttə üfüq xətti deyilir. Bu xətt  yer səthinin görünən və görünməyən hissəsini bir-birindən ayırır. Üfüqün görünən hissəsini  hüdudlayan xətti və ya üfüq xəttini, orta boylu müşahidəçi düzən ərazidə özündən təxminən 5 km uzaqda görə bilər, hündürlük artdıqca isə üfüq xəttini daha uzaqda görmək olar.

Üfüq xəttinə qədər görünən məsafəni təyin etmək üçün d=5.57 √h düsturundan istifadə edilir. Burada d - üfüq xəttinə qədər olan məsafə olub kilometrlə ifadə edilir, h - müşahidə yerinin mütləq hündürlüyü olub metrlə ifadə edilir.

Üfüqün dörd əsas və dörd aralıq cəhəti var. Əsas cəhətlər Şimal, Cənub, Şərq və Qərb. Aralıq cəhətlər Şimal Şərq, Cənub Şərq, Cənub Qərb və Şimal Qərb.

0 points
Nəmidə Mirzeyeva answered

4

0 points