Tornado answered
Uçkuduk şəhəri Özbəkistan Respublikasının Nəvai vilayətində şəhərdir.
Şəhər Qızılqum səhrasının mərkəzində “Uçkuduk” dəmiryol stansiyasının 12 km-də yerləşir. “Uçkuduk” adı 1950-ci illərdə ilk dəfə burada kəşfiyyat aparan dəstə tərəfindən qazılmış olan üç su quyusuna ( bir quyu içməli su, digər quyu yuyunmaq üçün, üçüncü isə texniki məqsədlər üçün qazılmışdı ) görə verilmişdi. Sonralar Yalla qrupunun oxuduğu “Учкудук - три колодца” mahnısı da şəhərin məşhurlaşmasına səbəb oldu.
Burada 1978-ci ildən Nəvai dağ-mədən kombinatı işləyir. Kombinatda əsasən uranın çıxarılması və emalı, qızılın çıxarılması və emalı, kükürd turşusunun buraxılması, 2003-cü ildən bağlı olan mərmər məhsullarının istehsalı.