Tornado answered
Cərəyanları okean çayları kimi də təsvir etmək olar. Bu çayları fərqləndirən cəhət onların quru üzərindən yox su üzərindən axmalarıdır. Bu su kütləsini axıdan səbəb isə küləklər və suların fərqli fiziki- kimyəvi xüsusiyyətləridir.
Cərəyanlar isti və ya soyuq olmaqla iki qrupa ayrılırlar. İsti cərəyanın axıtdığı ətraf sularıkından isti, soyuq cərəyanın axıtdığı su isə ətraf sularınkından soyuq olur. Dünya okeanının ən böyük soyuq cərəyanı qərb küləkləri cərəyanıdır. Bu cərəyan qərb küləklərinin təsiri ilə yaranaraq Üç okeanın sularını bir birinə qarışdıraraq Antarktidanın başına fırlanır. Cərəyanın uzunluğu 30 min km-a bərabərdir.