Tornado answered
Yeni Zelandiyada yerləşən Uaikato çayı ölkənin ən böyük çayı (425km) olub Şimal adasının mərkəzi ilə axaraq Tasman dənizinə tökülür.
Çay başlanğıcını Puapexu dağının yamacından, Manqatoetoenui buzlağının əriməsindən yaranan sulardan götürür.
Uaikato maori dilindən tərcümə etdikdə “axan su“ deməkdir.
Uaikato çayı üzərində çox sayda süni göllər və elektrik stansiyaları yaradılıb. Çayın zəngin fauna və florası var. 19 növ yerli və 10 növ gətirilmə balıq və onurğasızların müxtəlif növləri yaşayır. Çayda yaşayan angvilkimilər maorilərin əsas günlük qidasını dəşkil edir.