Tyatya vulkan hansı adadadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kunaşir adasında yerləşən Tyatye vulkanı Kuril qoruğunun ərazisində yerləşir. Vulkan vezuvi tipli stratovulkanlar tipinə aiddir. Vulkanın hündürlüyü 1819m-ə bərabər olub Kunaşir adasının ən hündür yeri sayılır. 1977-ci ildə yçqun nəticəsində kraterin cənub şərq hissəsi uçmuş və bu da vulkanın hündürlüyünün 30-50m azalmasına səbəb olmuşdur.

Tyatye vulkanı Kunaşir adasının şimal şərq hissəsində olub bazalt və andezit lavalarından ibarətdir. Vulkanın tam yaşı hələ müəyyən edilməyib. Tyatya Kuril adalarının ən aktiv vulkanlarından sayılır. Vulkanın yamacında bir neçə partlayıcı yan krater var və onlardan biri daha fəaldır. Tarixi püskürmələri 1812, 1973, 1981-ci illərdə olmuşdur. Hazırda mərkəzi kraterdə zəif fumarol aktivlik müşahidə edilir.

0 points