Tornado answered
Tütünün vətəni Ekvador sayılır və buradan dünyanın başqa yerlərinə yayılmışdır. Kolumbun kəşfindən sonra ispanlar Kubada yerli əhalinin “tabak” adlandırdıqları yarpaqları burub çəkdiklərini gördülər. Həm də, tütünü ancaq kişilər çəkirdilər. 1496-cı ildə artıq Avropada tütün haqqında məlumat var idi.
1558-cı ildə tütün toxumu Portuqaliyaya gətirilir və 1560-cı ildə Fransanın Lissabon elçisi Jan Niko onu Parisə göndərir. Fransız botaniki bitkinin adını Niko-nun şərəfinə “Nikotina” adlandırır.
Hazırda dünyada tütün istehsalı ilə məşğul olan ölkələr çox olsa da, tütün istehsalında 1-ci yeri ABŞ tutur.