Tornado answered
Tunis Afrika matrikinin şimalında Aralıq dənizinin sahilində yerləşir. Ölkə qərbdən Əlcəzairlə, cənub şərqdən isə Liviya ilə həmsərhəddir. Tunisin ərazisinin 40% Saxaranın ərazisinə düşür. Aralıq dənizi sahillərinə yaxın ərazilər ( təxminən 60%) məhsuldar ərazilərdir.
Ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı, ikinci yeri turizm, 3-cü yeri isə yüngül sənaye tutur. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir. Dövlət dili ərəb dilidir.
