Tropik ölkələr hansılardır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Tropiklər arasında yerləşən ölkələr tropik ölkələrdir. Bu ölkələr il boyu isti iqlimi ilə səciyyələnirlər. Tropik ölkələrə misal göstərməli olsaq o zaman dünya ölkələrinin çoxu bu siyahıda yerləşdirilməli olarıq. Burada biz sadəcə ən kənarlarda olanların bir neçəsini göstərəcəyik ki, bu ölkələrin hansılar olduğunu təxmin edə biləsiniz.

Tropik ölkələrə aşağıdakı ölkələri misal göstərə bilərik: Meksikanın şimalını, Cili və Argentinanın cənubunu çıxmaqla demək olar ki, bütün Latın Amerilası ölkələri tropik ölkələrdir. 

Afrika ölkələrinin demək olar ki, Əlcəzair, Liviya, Misirin cənub sərhəddi boyunca olan bütün ölkələr tropik ölkələrdir. Cənubi Afrika çox az şimal hissəsi, Namibiyanın yarısı Botsvana və Mozambikin cənubu tropik qurşağa daxil deyil. Yuxarıda göstərilənlərdən başqa qalan bütün Afrika ölkələri tropik ölkələrdir.

Avrasiya materikinin tropik ölkərərinə Səudiyyə Ərəbistanının cənubu, BƏƏ-in cənubu, Oman, Yəmən, Hindistanın çox hissəsi, Cənub Şərqi Asiya ölkələri tropik ölkələr sayılır.

Avstraliyanın şimalı və Okeaniyada yerləşən ölkələrin demək olar ki böyük əksəriyyəti Tropiklərdə yerləşir.

0 points