Tornado answered
Atlantik okeanının Karib hövzəsində yerləşən bu adalarda eyni adlı dövlət yerləşir. Adalar Venesuela sahillərindən 106.7 km şimalda yerləşir. Sahəsi 5128 km² olan adaların 4768 kilometri Trinidadın ərazisinə düşür.
İlin orta temperaturu +26 dərəcəyə bərabərdir. Yağışlar iyundan dekabra qədər davam edir. Bitki örtüyü həmişəyaşıl meşələr, savanna və seyrək meşələrdən ibarətdir. İqtisadiyyatı neft, neftemalı və təbii qaz sənayesindən ibarətdir. Son illər turizmin inkişafı müşahidə olunur.