Tornado answered
Kanadada yerləşən Toronto şəhəri Ontario vilayətinin inzibati mərkəzidir. Toronto ətraf şəhərlərlə birlikdə böyük aqlomerasiya yaradır. Böyük Toronado adlanan bu aqlomerasiya ətrafında 500 km-lik radiusda Kanada əhalisinin 3-dən biri yaşayır.
İqlimi mülayim kontinentaldır. Isti yayı, mülayim və uzunsürən payızı və soyuq qışı ilə səciyyələnir.
Toronto çoxmillətli şəhərdir. Əhalisinin 47%-ini xaricdə doğulanlar təşkil edir. Bunlar əsasən Hindistan, Çin, Rusiya, Ukrayna, İtaliya, Filippin və s. ölkələrdən gələnlərdən ibarətdir.
Toronto ölkənin və hətta demək olar ki, dünyanın inkişaf etmiş iqtisadi mərkəzlərindən biridir.