Tornado answered
Tornado ABŞ-da tez tez rast gəlinən təbiət hadisəsidir. Hər il təqribən 70 dən çox insan bu təbii fəlakətin qurbanına çevrilir.
Buna səbəb ölkənin mərkəzi hissəsində yerləşən ərazidə enlik istiqamətində dağların olmamasıdır ki, bunun nəticəsində də arktik hava sərbəst tropik qurşağa və ya əksinə tropik hava subarktik qurşağa qədər irəliləyə bilir. Əraziyə soyuq hava kütləsi daxil oluqda isti havanın sürətli yuxarı qalxması nəticəsində topa yağış buludları və güclü qasırğalar yaranır. Qasırğalar uzun qıf şəklində yer səthindən buludlara qədər uzanırlar.
Bu qasırğalardan ən çox əziyyət çəkən ştatlar bunlardır: Texas, Lusiana, Mississipi, Arkanzas, İllinoys, Missuri, İndiana, Kentukki və s.