Toqo hansı materikdədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qərbi Afrikada Qvineya körfəzi sahillərində yerləşən dövlətdir. Paytaxtı Lome şəhəridir. Sahəsi 56.785 km²-ə bərabərdir. Ən hündür yeri hündürlüyü 986 metr olan Agou dağıdır. Faydalı qazıntılardan alüminium, qrafit, dolomit, qızıl, dəmir, fosforit, uran, xrom və sairə ilə zəngindir.

İqlimi ekvatorial olub cənub hissə rütubətli, şimalı isə quraqdır. Orta illlik temperatur +24-27 dərəcə arasında dəyişir.

Ölkənin ən uzun çayı şimaldan cənuba doğru axan və uzunluğu 400 m olan Mono çayıdır. Ərazisində olan ən böyük göl sahəsi 50 kv. kilometr olan Toqo gölüdür.

Toqonun cənubu meşəlik və bataqlıqlardan ibarətdir.

Ölkə iqtisadiyyatının əsasını reksport, kənd təsərrüfatı məhsulları (pambıq, kofe, kakao) və fosforit ixracı (fosforit istehsalına görə dünyada 4-cü yeri tutur) təşkil edir.

0 points