Tornado answered
Polineziya adalar qrupunda olan Sakit okean dövlətidir. Ölkə şimaldan Samoanın ərazi suları, şərqdən Niue və qərbdən Ficinin ərazi suları ilə əhatələnib. Paytaxtı Nukualofa şəhəridir.
Tonqa adası 1616-cı ildə hollandlar, Villem Sxayten və Yakob Lemer tərəfindən kəşf olunub.
Tonqa krallığının iqtisadi vəziyyəti heç də digər Okeaniya ölkələrindən fərqlənmir. Təbii ehtiyatlarının az olması, dünya bazarından uzaq olması, yüksək ixtisaslı kadrların azlığı və bunlarla bərabər təbii fəlakətlər ölkə iqtisadiyyatına ciddi zərər vurur. Əsas yeri kənd təsərrufatı və balıq ovu tutur.