Tornado answered
Atlantik okeanının dənizi olan Aralıq dənizinin bir hissəsini təşkil edən Tirren dənizi Apennin yarımadası ilə Siciliya, Sardiniya, Korsika adalarının arasında yerləşir. Bura seysmik fəal ərazidə yerləşdiyindən sualtı dağlar və vulkan püskürmələrinə rast gəlinir. Dəniz Aralıq dənizi ilə Bonifaçio, Sardiniya, Korsika, Messina, Siciliya boğazları vasitəsi ilə birləşir.
İqlimi Aralıq dənizi iqlimi olub isti yayı və yumşaq qışı ilə səciyyələnir. Avqustun orta temperaturu +25 dərəcə, fevralın orta temperaturu +13 dərəcəyə bərabərdir. Əsas limanlar Neapol, Palermo, Kalyari, Bastiya sayılır.