Timbuktu şəhəri hansı ölkənin ərazisindədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Timbuktu Malidə yerləşən qədim şəhərdir. Niger çayından 20 km şimaldadır. Şəhər Timbuktu vilayətinin idarəetmə mərkəzidir.

Şəhərin Cinqareyber, Sankore və Sidi Yahya adında üç böyük məscidi vardır. Vaxtilə islam dini mərkəzlərindən biri olmuşdur.

Timbuktu şəhəri XV və XVI əsrlərdə İslam dininin Afrika ərazisində yayılması üçün əhəmiyyətli rol oynamışdır. Şəhər YUNESKO-nun dünya irsinə daxildir.

Tropik kontinental iqlimə malik olub orta illik temperatur 28 dərəcə, ən isti ayın orta temperaturu isə 34 dərəcəyə bərabərdir. Yağıntının orta miqdarı 170 mm olub ən çox iyul-avqust aylarında düşür.

0 points