Tibetin möhtəşəm abidəsi Potala haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Lxasa şəhərinin şimal qərbində Xunşanqırmızı dağının 3700 m hündürlüyündə olan bir təpənin üstündə tikilmiş bu sarayın hündürlüyü 119 m olub 13 mərtəbədən ibarətdir. Yerli əhali sarayı "Rutuzi" adlandırır ki, bu da "dağların birləşmə nöqtəsi" mənasını verir.

Deyilənlərə görə sarayı VII əsrdə Tufan çarı Srontszanqambo öz gələcək həyat yoldaşı, Tan şahzadəsi Veçen üçün tikdirmişdir. XVII əsrdən başlayaraq beşinci Dalay-Lamanın mərkəzi hökumət tərəfindən müqəddəslər dərəcəsinə yüksəldiyi təsdiq olunandan bəri burada təntənəli dini mərasimlər keçirilir.

Saray iki hissəyə ayrılır, Poçjanqabo və poçyanmabo. Poçjanqabo Dalay-Lamanın iqamətgahı olmuş, Poçjanmabo isə özündə 8 sərdabəni birləşdirir. Bunlardan ən irisi və möhtəşəmi (3721kq-lıq lay qızılla döşənmiş və qiymətli qaş daşla bəzədilmişdir) Dalay-Lamanın sərdabəsidir. Sarayın ən qədim və ən hündür zalında çar Srontzanqambonun, şahzadə Veçeninin və əyanların heykəlləri saxlanılır.

0 points