Tornado answered
Tibbi coğrafiya coğrafiya və tibbin birləşməsindənn yaranan bir elm olub xəstəliklərin coğrafi yılmasını, coğrafi mühitin xəstəliklərin yaranmasına təsirini öyrənir. Bu elm tibbin epidemiologiya, mikrobiologiya, gigiyena və coğrafiyanın landşaftşünaslıq, iqlimşünaslıq, torpaqşünaslşq, əhali coğrafiyası elmləri ilə sıx əlaqədədir.
Tibbi coğrafiya aşağıdakı sahələrə ayrılır: 1. Tibbi landşaftşünaslıq-landşaftın insan sağlamlığına təsiri və həm də təbii komplekslərə antropogen təsirin ekoloyi nəticələrini öyrənir. 2. Tibbi ölkəşünaslıq-ayrı-ayrı ölkələrin ərazilərinin tibbi coğrafi xüsusiyyətlərini araşdırır. 3.Xəstəliklərin coğrafiyası-ayrı-ayrı xəstəliklərin coğrafi yayılmasını öyrənir.