Tenerife adası hansı arxipelaqdadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Tenerife Atlantik okeanının Kanar arxipelaqının ən böyük adasıdır. Adanın sahəsi 2034.38 km²-ə bərabərdir.

Bütövlükdə Kanar adaları kimi Tenerife də vulkanik mənşəlidir. Adanın ortasında hündürlüyü dəniz səviyyəsindən 3718 m olan Tayde vulkanı ucalır. Bu həm də İspaniyanın ən hündür yeri sayılır.

Tenerifeni “həmişə bahar“ adası da adlandırırlar. Bu ad ona il boyu isti olduğuna görə verilib. Qışda temperatur 20-26 dərəcə, yayda isə 23-29 dərəcə arasında dəyişir. Adanın şimalı ilə cənubunda da temperatur eyni deyil.

Əhali çox sıx məskunlaşıb. İnzibati cəhətcə İspaniyanın Santa-Kruz-de-Tenerife əyalətinə daxildir. Mərkəzi Santa-Kruz-de-Tenerife şəhəridir.

0 points