Tornado answered
Təhrif ərəb mənşəli söz olub dəyişmək və ya əvəz etmək mənasını verir. Ancaq coğrafiyada bu söz əslmənasında işlədilmir. Coğrafiyada təhrif xəritələri tərtib edərkən yerin həqiqi ölçüləri ilə xəritədəki ölçüləri arasında alınan fərqə deyilir. Çünki, istənilən halda yerin kürəvi formasını təhrif etmədən müstəvi səthə açmaq mümkün olmur. Baxmayaraq ki, xəritəni tərtib edərkən müxrtəlif həndəsi üsullardan (proyeksiyalardan) istifadə edilir, yenə də, təhrifsiz xəritə olmur.
Xəritələrdə təhrif əsasən müqyasdan və xəritənin tərtib xüsusiyyətindən asılıdır. Məsələn, miqyas nə qədər böyük olarsa təhrif az olar. Yaxud, slindrik proyeksiya ilə tərtib olunmuş Dünya xəritələrində ekvatordan uzaqlaşdıqca təhrif çoxalır.