Elvin Namazov answered
Taqanroq şəhəri Rusiya Federasiyasının Rostov vilayətində yerləşir. Şəhər həmçinin Azov dənizinin sahilindədir. Əhalisi 250 mindən çoxdur. Şəhər 1698-ci ildə Birinci Pyotr tərəfindən ilk rus dənizə çıxış məntəqəsi olaraq salındı. Şəhər statusunu 1775-ci ildə almışdır. Tanınmış rus yazıçısı Anton Çexovun doğulduğu şəhərdir. Şəhər 1943-cü ildə 416-cı milli atıcı diviziya tərəfindən almanlardan alınmışdır. Şəhərin əsas ticarət partnyorları MDB ölkələri, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan və Misirdir.