Taqanroq diviziyası haqqında nə bilirsiniz?

Tarix Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Taqanroq və yaxud 416-cı milli atıcı diviziya 1942-ci ildə təşkil edilmişdir. Şəxsi heyətinin böyük hissəsi Azərbaycanlılardan ibarət idi. Diviziya Rostov vilayətindəki Taqanroq şəhərini almanlardan geri aldığı üçün "Taqanroq diviziyası" fəxri adı ilə adlandırılmışdır. Şimali Qafqazda və Ukrayna ərazilərindəki hərbi əməlliyatlarda iştirak etmişlər. Diviziya 44-cü və 58-ci orduların tərkibində almanların "Cənub" ordu grupuna qarşı döyüşmüşdür. Berlinə daxil olan ilk diviziyalardan biridir və Bradenburq darvazasına Sovet bayrağını sancan əsgərlər bu diviziyaya məxsus idi.

0 points