Tornado answered
Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının ərazisindən axan bu çay Yukon çayının sol qoludur.
Çay mənbəyini Alyaskanın şərqində olan Vrangel dağından götürür. Orta axarında, Alyaskanın mərkəzi hissələrində, şam meşələri ilə örtülü Tanana vadisi kimi məşhur olan alçaq bataqlaşmış ərazilərdən axır. Vadidə çay bir neçə iri qol qəbul edir.
Tanana şəhəri yaxınlığında olan Menli-Xot-Sprinqs kəndində Yukon çayına tökülür.