Şyaulyay şəhəri hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Litva Respublikası ərazisində yerləşən bu şəhər ölkə şəhərləri içərisində dördüncü yeri tutur. Litvanın ən qədim şəhəri sayılan bu şəhər dəfələrlə müharibə və epidemiyalara məruz qalmışdır. 1710-cu ildə çuma epidemiyası şəhər əhalisinin yarısının məhv olmasına səbəb olmuşdur.

Şyaulyay şəhəri  Şyaulyay rayonunun inzibati mərkəzidir. Şəhər Litvanın  böyük mədəniyyət və sənaye mərkəzidir. Şəhərdə olan velosiped zavodu buranı "Litvanın belosiped paytaxtına" çevirmişdir.

Bu şəhərdə Şyaulyay Universiteti, Şyaulyay Dram Teatrı, Şyaulyay muzeyi, Pişik muzeyi, Fotoqrafiya muzeyi, “Ausra” yerli tarix muzeyi fəaliyyət göstərir.

0 points