Surxandərya çayı haradan axır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Mərkəzi Asiya regionunda yerləşən Surxandərya çayı Özbəkistan Respublikasının ərazisindən axır və Amudərya çayının sağ qolunu əmələ gətirir. Çayın adı Tacik dilindən tərcümə etdikdə   “qırmızı çay “ deməkdir (surh-qırmızı, dərya-çay).

Surxandərya çayı Hissar silsiləsinin cənub yamacından axan Tupalanqdərya və Qaradağ çaylarının birləşməsindən yaranır. Buzlaq suları ilə qidalanır və gursululuq dövrü iyun avqust aylarına təsadüf edir.

Uzunluğu 175 km (Qaradağ çayının mənbəyindən götürdükdə isə 287 km), hövzəsinin sahəsi 13 500 kv. km-ə bərabərdir.

Surxandərya vilayətinin adı bu çaydan götürülüb.

0 points