Tornado answered
Amur çayının ən böyük qolu ola Sunqari çayı Çin Xalq Respublkasının şimal şərqində yerləşir. Çay Qrin və Xeylunçszyan əyalətlərindən axır.
Çayın qollarından biri Pektusan vulkanının kalderasında yerləşən Çxonci gölündən başlanır. Çayın üzərində suelektrik stansiyaları var. Çayın suyu tənzimlənir.
2005-ci ildə Çinin Szilin əyalətində kimya zavodunda baş verən partlayış nəticəsində Sunqari çayına 100 tona qədər zəhərli maddə axdı. Yaranmış benzol ləkələri çayla axmağa başladı və Amur çayına qədər gəlib çatdı. Bu hadisə hər iki çayda balıq ovuna ciddi zərbə vurdu.