Sulu arxipelaqı harda yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Sakit okeanda Filippin adaları qrupuna daxil olan bu adalar Filippin dövlətinin ərazisinə daxildir. Mindano (Filippin) və Kalimantan adaları arasında yerləşirlər. Sulu arxipelaqına 3 böyük ada daxildir. Basilan, Xolo və Tavi-Tavi. Adalar şimaldan Sulu və cənubdan Sulavesi dənizinin suları ilə yuyulurlar.

Basilon Sulu arxipelaqının ən böyük adası olub inzibati mərkəzi İzabela şəhəridir.

Holo adası Filippinin Sulu əyalətinə daxil olub inzibati mərkəzi Holo (orta əsrlərdə Sulu sultanlığının paytaxtı olub) şəhəridir.

Tavi-Tavi adası ən cənubda yerləşən adadır. Filippinin Tavi-Tavi əyalətini təşkil edir, mərkəzi Bonqao şəhəridir.

0 points