Suçiçəyi nədir?

Tibb Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Murguz Safarov answered

Suçiçəyi yada varisella, hər hansı bir yaşda ortaya çıxa bilsə də daha çox uşaqlarda görülən  yoluxucu xəstəlikdir. Bu xəstəliyin tipik xüsusiyyəti yüksək hərarət və suluqlardır. Bu xəstəliyi keçirməklə həyat boyu immunitet qazanılsada, virus yuxu halında gözləyib daha sonra yetkin çağda özünü herpes zoster yeni zona olaraq göstərə bilər.

İnfeksiyadan sonra 14 və 21 günlük bir inkubasiya dövrü vardır. Yayılma müddəti infeksiyaya yoluxduqdan 1-2 gün sonra başlayıb son suluqlar quruyana qədər davam edir. Yüksək hərarət, halsızlıq, ümumi zəiflik, iştahsızlıq, baş ağrısı və qarın ağrısı simptomlardır. Suluqlar əsasda başda, üzdə və gövdədə daha çox, ətraflarda isə daha az yayılır. Qaşıntılı eritematoz molekullar içi su ilə dolu vezikullara çevrilir daha sonra isə quruyur.

0 points