Stalaktid nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Tərkibində carbon qazı olan atmosfer suları (yağış, dolu, qar, şeh və s.) özündə əhəngdaşını həll edərək kiçik çatlar vasitəsi ilə mağaraların tavanına qədər süzülür. Bu çöküntülər müəyyən müddət mağaranın tavanından asılı vəziyyətdə qalaraq özündə olan karbon turşusunu itirirərək kalsium karbonat çöküntüsü buraxır.Yuxarıdan gəlməkdə davam edən bu proses uzun müddətdən sonra nazik əhəngli borucuğun əmələ gəlməsinə səbəb olur.

Borucuğun içərisində suyun axması üçün kanal yerləşir və bir müddətdən sonra bu kanal dolur və su kənarlara axmağa başlayır. əvvəl yaranmış olan təbəqə üzərində yeni bir təbəqə kalsium karbonat çöküntüsü yaranır. Əsrlərlə davam edən bu proses nəticəsində mağaranın tavanından buz salxımlarını xatırladan süxur saçaqları sallanır ki, bu da stalaktid adlanır.

0 points