Şotlandiya - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığına daxil olan ölkədir. Paytaxtı Edinburq şəhəridir. Şotlandiya ərazisi öz görünüşü və tarixi abidələri ilə krallığın digər ökələrindən fərqlənir. Dağdan dənizə döğru alçalan felyefi, meşədən çəmənə doğru dəyişən landşaftı burada fərqli bir görünüş yaradır. Sotlandiyanın sahil suları dünyada ən zəngin balıq ehtiyatlarına malikdir. 854-cü ildən 1707-çi ilə qədər mövcud olan Şotlandiya krallığı 1707-ci ildə yaranmış olan Britaniya krallığına daxil oldu. Ancaq İndiyə kimi də Şotlandiyanın hüquq sistemi Birləşmiş krallığın hüquq sistemindən ayrı fəaliyyət göstərir.1914-cü ildə Şotlandiyanın müstəqilliyi haqqında Referendum keçirilsə də əhalinin 55%-i Böyük Britaniyanın tərkibində qalmağa səs verdi.
Şotlandiyanın iqlimi mülayim dəniz iqlimi olub Qolfstrm cərəyanının təsiri ilə buranın temperaturu onunla eyni paraleldə olan digər ölkələrdən istidir. Relyefin düzən olmaması temperaturun qeyri-bərabər olmasına səbəb olur.Yanvarın orta temperaturu 5-7 dərəcə, iyulun orta temperaturu isə19 dərəcəyə bərabərdir.
Ölkə çoxsahəli iqtisadiyyata malikdir. Neft ehtiyatının zəngin olması bu sənaye sahəsinin inkişafına səbəb olub. Aberdin şəhəri nəinki Şotlandiyanın hətta, butun Avropanın nrft və enerji mərkəzi sayılır. Edinburq və Fort-of-Forte mühüm mədəniyyət və inzibati mərkəzləridir. Qlazqo ölkənin ən böyün şəhəri olub əsas dəniz limanı, gəmiqayırma mərkəzi və çoxlu sayda yeyinti sənaye müəssisələri var. Elektron sənaye son illərdə sürətlə inkişaf edir və ixrac məhsulunun 50%-i onun payına düşür. Maşınqayırma, avioraket və kosmik sənaye sahələri də mövcuddur. Turizmin inkişafı da iqtisadiyyatda əsas yer tutur. Bunlardan əlavə Şotlandiya viskisi də məşhurdur.