Tornado answered
Tarixi çox qədim olan Somali Respublikası Şərqi Afrikada, Afrika Buynuzu (buraya Somali ilə birlikdə Efiopiyanın bir hissəsi də daxildir) adlanan ərazidə yerləşir. Qərbdən Cibuti, Efiopiya və Keniya ilə sərhəddə malikdir. Ölkənin paytaxtı Moqadişo şəhəridir. Ərazisi çox da hündür olmayan yaylalardan ibarətdir.
Qırmızı dənizə tərəf ərazi kəskin alçalır, Hind okeanına tərəf isə tədricən düşür. Yayla çox dərin olmayan enli dərələrə parçalanıb. Bu ərazilərdən daxili hissələri sahillə əlaqələndirən yollar keçir. Ölkənin ən hündür yerinin hündürlüyü 2406 metr olan Surud-Ad dağıdır. Quru və isti iqlimə malikdir. Hind okeanı sahillərində yağıntının miqdarı 51mm-ə qədər azalır.