Soğan niyə ağladır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Doğranan soğandan alginaz fermenti çıxır. Bu ferment sulfoksidləri sulfenik turşuya çevirir. Bu turşular təzədən birləşir və gözyaşı axmasına səbəb olan sin-propanetiyal-S-oksit meydana gəlir. Bu reaksiyanın müddəti təqribən 30 saniyədir və təsirini 5 dəqiqə içərisində itirir. Gözün ön hissəsində yerləşən kornea ətrafdan gələn təsirlərdən gözü qoruyur. Bu səbəbdən korneanın üzərində həssas resseptorlar vardır. Bundan başqa korneada göz yaşlarını hərəkətə keçirən resseptorlarda vardır. Sərbəst sinir ucları sin-propanetiyal-S-oksiti hiss etdikdə, sinir sistemi hərəkətə keçir və gözyaşı vəzinin ifraz etdiyi maddə ilə korneada olan zərərli maddəni təmizləyir.

0 points