Siyam əkizləri nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qolundan, ayağından və ya başından bir-birinə birləşmiş olaraq doğulan əkizlərdir. Siyam əkizlərinin bir çoxu əməliyyatla bir-birindən ayrıldıqdan sonra normal həyat yaşaya bilirlər.

Siyam əkizləri təkyumurta (monoziqot) əkizləridir. Normal döllənmədən sonra əkiz hüceyrə yaranması zamanı bölünmənin müəyyən bir dövründə bir-birindən tamamı ilə ayrılmayıb inkişaflarını birləşmiş olaraq başa vururlar.

Normal bir hamiləlikdə döllənmiş yumurta hüceyrə bir müddət böyüdükdən sonra bölünərək orqanları və toxumaları yaradır. Əkizlərdə isə ayrılma müddəti orqanların yaranmasından daha əvvəl olur. Sonra digəri kimi bölünərək orqan və toxumalar yaranır. Ancaq siyam əkizlərində ayrılma dövründə bir-birinə birləşik qalırlar bəzən orqanlarda buna uyğun olaraq 2 fərdə 1 orqan inkişaf edir.

0 points